Şagirdlər arasında şahmat yarışı təşkil olunub
Naxçıvan, 16 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Tələbə İdman Şurasının təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru Elmira Həsənova qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Elmira Həsənova dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini bildirib.
Universitetin tədris işləri üzrə prorektoru Seyid Surə ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsindən, ölkədə aparılan təhsil və gənclər siyasətinin nailiyyətlərindən danışıb.
Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. S.Surə ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada idmanın inkişafına şərait yaradıldığını nəzərə çatdırıb. Prorektor deyib: “Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Şahmat yarışlarının da məhz Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə keçirilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir”.
S.Surə şahmat oyununu zəka oyunu kimi intellektual səviyyəni yüksəltməyə stimul verən idman növlərindən biri olduğunu vurğulayaraq, yarış iştirakçılarına uğurlar arzulayıb.
Universitetin Tələbə İdman Şurasının sədri Nicat Allahverdiyev, Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Elza Musayeva yarışın keçirilməsində əməyi keçənlərə minnətdarlıq ediblər.
Sonra şahmat yarışına start verilib.
Üç mərhələdə keçirilən şahmat yarışının sonunda ibtidai siniflər arasında Zahid Allahverdiyev I, Əli Həsənov II, Zahidə Allahverdiyeva III yerin sahibi olub. VI-XI siniflər arasında keçən yarışda isə Həsən Cahangirli I, Yuhanar Sadiqov II, Nəzrin Əsgərova III yeri tutublar. Qaliblərə Naxçıvan Dövlət Universitetinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51