Bakı, 16 aprel, AZƏRTAC
Taxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin anbarlarındakı 2.4 D Amin duzu herbisidinin fermerlərə güzəştli qiymətlərlə satılması barədə təklifləri Nazirlər Kabineti tərəfindən məqsədəmüvafiq hesab edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı məhsulları istehsalçıları taxıl bitkilərinin alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D Amin duzu herbisidini “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarından 50 faiz güzəştli qiymətlərlə (2,25 manat/litr) əldə edə bilərlər.