Azərbaycanda fəaliyyət göstərən özəl müalicə profilaktika müəssisələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin müəssisələrin sayı 656-dır. Onların çoxu Bakıda şəhərində fəaliyyət göstərir. Səhiyyə Nazirliyin yaydığı siyahıda olan tibb müəssisələri müxtəlif vaxtlarda lisenziya alıblar.  

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət edilməsin: “Bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik.

Lent.az həmin siyahını təqdim edir: http://sehiyye.gov.az/files/pdf/Ministry_OZALTM_HESABAT_20150127.pdf