Bakı, 16 aprel, AZƏTAC
Xəlil Rza Ulutürk adına kütləvi kitabxanada "Dahi sənətkar" adlı "dəyirmi masa" keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə oxu zalının müdiri Ayşən Məmmədova, kitabxananın şöbə müdiri Afət Nəsirzadə və başqaları Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında məlumat veriblər.
Kitabxananın foyesində "Dahi sənətkar" adlı sərgi nümayişi olunub.
Tədbirdə Rəşid Behbudov haqqında məruzə dinlənilib və sənətkarın sənət dünyasından söz açılıb.