Bakı, 16 aprel, AZƏRTAC
“Ural Hava Yolları” aviaşirkəti Yekaterinburqdan Bakıya uçuşların sayini iki dəfə artırır. AZƏRTAC “AviaPORT” saytına istinadən xəbər verir ki, turizm sahəsinin ekspertləri Azərbaycana marağın artığını proqnozlaşdırırlar.
Bundan sonra Bakıya uçuşlar həftədə iki dəfə olacaq. Aviaşirkət həm turistlərə, həm də Azərbaycan paytaxtına işgüzar səfər edən sərnişinlərə ümid bəsləyir.