Yaponiyalı jurnalistlər Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 16 aprel AZƏRTAC
Yaponiyanın JİJİ PRESS informasiya agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda Azərbaycanın Xarici İşlər Nazirliyində olublar.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov və mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaponiyalı jurnalistlərə dövlətimizin xarici siyasəti barədə məlumat verib, iki ölkə arasında genişlənən əlaqələrdən danışıblar.
Azərbaycanın Yaponiyadakı səfirliyinin fəaliyyətindən söhbət açan Cavanşir Məmmədov nümayəndələyimizin Gündoğar ölkənin ali təhsil ocaqları və digər qurumları ilə mütəmadi keçirdiyi birgə tədbirlərin əhəmiyyətini qeyd edib, AZƏRTAC ilə Yaponiyanın JİJİ PRESS agentliyi arasında imzalanmış müqavilənin Azərbaycan həqiqətlərinin Yaponiyada yayılması baxımından vacibliyini vurğulayıb.
Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin ağır nəticələri, qaçqın və məcburi köçkünlərin hazırki durumu, Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti barədə ətraflı məlumatlandırılıb.
Hiroşi Masuda JİJİ PRESS agentliyinin Yaponiyanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə keçirdiyi birgə seminarlara hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin dəvət edildiyini bildirib. Qeyd olunub ki, bu seminarlar xarici ölkələrdə yaşayan yaponiyalıların yerli cəmiyyətə inteqrasiyana kömək edir.
Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qarşılıqlı səfərlərin, siyasi dialoq və məsləhətləşmələrin əlaqələrin inkişafına təkan verdiyini bildirib. Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumat verən nazirliyin sözçüsü bununla əlaqədar viza rejiminin sadələşdirilməsi nəticəsində Yaponiyadan da ölkəmizə daha çox idman həvəskarının gəlməsi üçün şərait yarandığını deyib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10