Bakı, 16 aprel, AZƏRTAC
“Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində aprelin 16-da qanvermə aksiyası keçirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məqsəd leykemiyalı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə aksiyasında iştirak etmək istəyənlər könüllü aksiyaya qoşula bilərlər.