Rusiya ilə Qərb dövlətləri arasında münasibətlərin gərginləşməsi possovet məkanının dondurulmuş münaqişələrini yenidən alovlandırıla bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bildirib.

Beynəlxalq təhlükəsizlik üzrə IV Moskva konfransında çıxış edən Gerasimov bildirib ki, bu, Rusiya sərhədlərinin yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsini artırır.

Baş Qərarah rəisi bildirib ki, artıq 20 ildən çoxdur ki, Moldovadakı Dnestryanı, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələri dondurulmuş vəziyyətdədir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ muxtar vilayətinin statusu ilə bağlı Ermənistan və Azərbaycan arasında gedən müharibə də nizamlanmayıb.



Mənbə
ANS PRESS