Qırğızıstan Azərbaycanla iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır
Bişkek, 16 aprel, AZƏRTAC
Qırğızıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat naziri Temir Sariev Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla keçirdiyi görüşdə deyib.
Görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycanın iqtisadi sahədə uğurlarından danışılıb.
Səfir bildirib ki, son illər ərzində iqtisadiyyat və ticarət sahəsində Azərbaycan və Qırğızıstan arasında əlaqələrin genişlənməsinə baxmayaraq, əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməmiş böyük potensial var və bundan istifadə olunması vacibdir.
Temir Sariev deyib ki, bu il may ayının 2-dən 5-dək Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik Toplantısında iştirak edəcək. Qeyd olunub ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn 3 minə yaxın hökumət və biznes strukturlarının nümayəndələri, investorlar, jurnalistlərin iştirak edəcəyi gözlənilir.
Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56