ANS PRESS-in məlumatına görə, bu şəhərin nə göz oxşayan göydələnləri, nə də tarixi abidələri olmasa da turistlərin çox gəldiyi yerdir.
Buranın ən böyük özəlliyi yaradılışın ən qorxulu varlıqlarının- nəhəng timsahların şəhərdə yaşamalarıdır. Lakin buranın timsahları özlərini heç yerdə olmadığı qədər sakit və dostsevər aparır. Onlar insanlardan qorxmur və demək olar ki, ələ gəlirlər.
Bu sürünənlər regionun paytaxtı olan Bolqatanqidən təqribən 44 kilometr aralıda timsah gölməçəsində yaşayırlar. Bu gölməçənin timsahları bilindiyi gündən bəri insanlara heç bir zaman hücum etməyib. Yerlilər də bu heyvanlara hörmət edir və iddia edirlər ki, onların qəlbi insan qəlbi ilə yaxındır. Deyirlər ki, əgər şəhərdə hansısa bir hörmətli adam ölərsə biu o deməkdir ki, gölməçədə də timsahlarıdan biri öləcək.
Yerli əfsanəyə əsasən çox keçmiş zamanlarda ovçulardan biri gölməçə ilə onu izləyən aslan arasında qalır. Ovçu buradakı timsahla razılığa gəlir ki, əgər ona gölməçəni keçməyə imkan verərsə və aslanın əlindən qurtararsa o və ondan sonra gələnlər heç vaxt timsah yeməyəcəklər. Timsah razılaşır və ovçunun gölməçəni keçməyə kömək edir. O biri tərəfə keçən ovçu oradaca məskən salır və yeni şəhəri yaradır.
Digər bir rəvayətə əsasən isə Burkina-Fasoda evindən qaçan Nave adlı biri bu ölkəyə gəlir. O azıb su axtardığı yerdə timsahla görüşür və ikinci ona su tapmağa kömək edir. Elə bundan sonra da Nave burada Paqa şəhərini qurur, timsaha minnətdarlıq olaraq isə ona söz verir ki, o və onun davamçıları heç vaxt timsah əti yeməyəcək.
Əslində isə Paqada timsahların necə olması barədə heç kim heç nə bilmir. Gölməçə tamamilə digər su mənbələrindən aralıdır. Burada olan ən qoca timsahın isə 80 yaşı var.
Gölməçələrdən isə Paqada 2 dənədir. Biri Navranqodan 12 kilometr aralı yolun kənarındadır və Əsas gölməçə adlanır. Zenqa adlanan digər gölməçə isə əsas yoldan Paqa sərhəddinə kimi 5 dəqiqəlik məsafədə yerləşir.
Burada işləyən gidlər timsahların çıxması və turistlər onların şəkillərini çəkməsi, sığallaması üçün, elə onların hesabına alınan diri toyuqlardan yem kimi istifadə edirlər. Hərdən uşaqlar və hətta böyüklər bu timsahların belinə də oturur.
Xoşbəxtlikdən hələ ki, heç bir insident baş verməyib.





MənbəANS PRESS