Azərbaycan ilə İtaliya arasında səhiyyə sahəsində əlaqələrin inkişafı üçün yaxşı perspektivlər var
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, O.Şirəliyev ölkəmizdə səhiyyə sahəsində görülən işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat verib. O, İtaliyanın səhiyyə sistemi ilə artıq bir neçə il əvvəl qarşılıqlı əlaqələrin qurulduğunu söyləyib. Bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edən nazir Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrində İtaliya istehsalı olan kifayət qədər tibbi avadanlığın mövcudluğunu diqqətə çatdırıb. Nazir tibbin müxtəlif sahələri üzrə mütəxəssis mübadiləsinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib, hazırda tibb sahəsində çalışan mütəxəssislərin yüksək səviyyədə hazırlanmasının zəruriliyini bildirib. İtaliyada fəaliyyət göstərən yaxşı mütəxəssislərin ölkəmizdə öz sahələri üzrə çalışmalarından, eyni zamanda, Azərbaycanda kadrların hazırlanması, tədris işinə vaxt ayırmalarından, bu istiqamətdə yardım etmələrindən məmnun olacağını vurğulayıb. Bundan əlavə, ölkəmizdə yeni tibb müəssisələri yaradılarkən onların dizaynı, təchizatı və idarə edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Nazir Federika Quidi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, ölkəmizlə İtaliya arasında ikitərəfli əlaqələrin, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. İtaliya şirkətlərinin ölkəmizdə fəaliyyətinin digər sahələr üzrə də gücləndiriləcəyinə ümid etdiyini deyib. Qeyd edib ki, İtaliya şirkətləri səhiyyə müəssisələrinin tikilməsi, avadanlıqla təminatı və onların idarə edilməsi sahəsində də geniş təcrübəyə malikdir və bu təcrübəni bölüşməyə hazırdır.
Qonaq artıq İtaliyanın böyük şirkətlərindən biri ilə Azərbaycan Səhiyyə Nazirliyinin əlaqələrinin olmasının, onların xəstəxana tikintisi ilə bağlı layihə təqdim etməsinin qarşılıqlı əlaqələrin digər sahələrdə də inkişafına töhfə verdiyini deyib.
F.Quidi İtaliyada tibb üzrə milli idarəetmə sahəsi yaradıldığını diqqətə çatdırıb. O, həmin sistemə aid bir sıra pilot layihələri təqdim edə biləcəklərini, bu pilot layihələrdən birinin də milli tikinti şirkətinin xəstəxana layihəsi olduğunu deyib.
Oqtay Şirəliyev İtaliya şirkətləri yaxşı layihələr təqdim edəcəkləri təqdirdə onlarla birlikdə işləyə biləcəklərini vurğulayıb.
O, Səhiyyə Nazirliyinin yüksək səviyyəli italiyalı mütəxəssislərin ölkəmizdə praktik və tədris fəaliyyəti göstərməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10