Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-dən 18-dək Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrupun ölkəmizə səfəri nəzərdə tutulur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqlar Bakının və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar.
Bundan əlavə yerli turizm şirkətlərinin iştirakı ilə aprelin 16-da “Baku Qafqaz City” otelində həm Azərbaycanın, həm də Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlərin və ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.