Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Yaponiyanın JİJİ Press İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

ANS TV-nin məlumatına görə, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və JİJİ Press Agentliyinin icraçı direktoru tərəfindən imzalanan sazişə əsasən tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, agentliklərin saytlarında baş verən hadisələr barədə informasiyaların mütamadi yerləşdirilməsi nəzərdə tutulur.

Saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkəmizin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Mənbə
ANS TV