Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə bu gün Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, o, rol aldığı “Son məktub” filmi ilə bağlı keçirilən mətbuat konfransına qatılmayıb.

Ekran işinin rejissoru Özhan Aran aktrisanın səhhətinin pisləşdiyini deyib:

“Nəzrinin təzyiqi qalxdığından tədbirə gələ bilmədi”.