Azərbaycan ilə İran arasında dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri geniş tərkibdə nümayəndə heyətlərinin Naxçıvanda gorüşü keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət və onun inkişaf meylləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Əldə edilən razılaşmalara uyğun olaraq, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi və dovlət sərhədindən vətəndaşların gediş-gəlişinin asanlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə alınaraq dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Azərbaycan-İran sərhədində təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasında sərhəd qurumlarının rəhbərləri arasında görüşlərin bilavasitə bölgələrdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Müzakirələrdə, həmçinin birinci Avropa Oyunları ərəfəsində və yarışların keçirilməsi zamanı dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə sərhəd qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi nəzərdən keçirilib.
Səfər çərçivəsində İran nümayəndə heyətinin rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşüb.
Gorüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında genişlənən əlaqələr çərçivəsində sərhəd qurumlarının rolu xüsusi qeyd olunub, iki ölkənin dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Həmin gün təşkil edilən mədəni proqram çərçivəsində İran nümayəndə heyəti Naxçıvanın qədim memarlıq sənətinin inciləri - Naxçıvan qalası, Xan Sarayı və Möminə Xatun türbəsi və s. tarixi abidələrlə tanış olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51