[ 15 Aprel 2015 17:38 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda həmin küçədə səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.

 

Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq.

 

Qeyd edək ki, tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyatı qurumlarla birgə işlər aparılır.