Bakının Yasamal rayonunda yerləşən Şəfaət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir.

Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.

Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq.

Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyəti qurumlarla birgə işlər aparılır.

Milli.Az