Milli Məclisin sədri Oqtay Əsədov başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Rusiyanın Sankt-Peterburq şəhərinə rəsmi səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, səfərin məqsədi MDB Parlamentlərarası Assambleyasının növbəti iclası və 1941-45-ci illər İkinci Dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərə qatılmaqdır.

İkigünlük səfər çərçivəsində O.Əsədovun Rusiyanın və MDB-nin digər ölkələrinin rəsmi nümayəndələri ilə bir sıra görüşü planlaşdırılıb.
Mənbə
ANS PRESS