Bakı, 14 Aprel, AZƏRTAC
ABŞ mütəxəssisləri hesab edirlər ki, hakerlər istənilən vaxt müasir sərnişin təyyarələrinə uçuş zamanı hücum edə bilərlər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, kompyuter mühəndislərinin fikrincə, bu təhlükə “Boeing 787 Dreamliner”, “Airbus A350” və Airbus A380 kimi yeni tipli avialaynerləri gözləyir.
Ekipaj üzvlərinin əlaqə yaratmaları üçün təyyarədə WiFi sistemi mövcuddur. Bu da uçuş zamanı sərnişinlərin internet xidmətlərdən istifadəsinə imkan verir. Belə çıxır ki, hakerlər yaratdıqları virusu asanlıqla təyyarənin kompyuter sisteminə daxil edə bilərlər. Nəticədə bu virus təyyarənin daxili kompyuterini zədələyə, təhlükəsizlik və naviqasiya sistemlərinin idarə edilməsində və ən əsası isə pilota ciddi göstərişlərin ötürülməsində əngəl törədə bilər.