Rusiya Federasiyasında axtarışda olan azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanda axtarışda olan Seymur Babayev tutulub.

S.Babayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarış elan edilib.

Milli.Az