Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 2015-ci il aprelin 27-də Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Azərbaycan Respublikası 2015-ci il martın 31-də Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.