Ağ Şəhər bulvarında işlər tamamlanmaq üzrədir. Lent.az-ın məlumatına görə, ümumi bulvar uzunluğuna 1300 m əlavə edən yeni bulvar müasir və gözoxşayan landşaftı, yeni tikililəri və əyləncələri ilə Bakılıların və turistlərin sevimli məkanına çevrilmək iqtidarındadır. "Boulevard Hotel White City" də Ağ Şəhər bulvarında tikilib və yaxın zamanda ilk qonaqlarını qəbul edəcək.




