Oynadığı oyundan çox şəxsi həyatı ilə gündəmə gələn "Qalatasaray"lı məşhur futbolçu Sabri Sarıoğlu həyat yoldaşına qeyri-adi hədiyyə edib. ANS PRESS-in məlumatına görə, sürətə olan sevgisi ilə tanınan arvadına "Kawasaki Ninja 300" model motosiklet bağışlayıb.

Futbolçu havaların isinməsini fürsət bilərək gözəl həyat yoldaşını sevindirib. Artıq Yağmur Sarıoğlu motosikleti ilə gəzintilərə də başlayıb.

O, ötən gün ki, sınaq yürüşünün fotolarını "İnstagram" səhifəsində paylaşıb. Motosikletin dəyəri 20 min türl lirasıdır. O, fotonu ""Ninja 300"lə davam. Çox şişirtmək istəmirəm", deyə şərh edib.

Sabri bir neçə ay öncə həyat yoldaşı Yağmura 2,5 milyon liralıq "Lamborghini Aventador" markalı maşın bağışlamışdı.

Qeyd edək ki, futbolçunun həyat yoldaşının pilot lisenziyası da var.





Mənbə
ANS PRESS