Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilib. Vitrinlərə 67 ölkədə nəşr edilən 5600 miniatür kitab düzülüb. Ekspozisiyada nümayiş etdirilən mikro-kitabların 3-ü ən nadir nüsxələrdir.
Muzeydəki ən kiçik ölçülü kitab isə 22 səhifəlik 0.75mm x 0.75mm ölçüsündə olan mikroskopik kitabdır. Kitab 2012-ci ildə Yaponiyanın "Toppan printing" nəşriyyatı tərəfindən çap olunub.
"Report" muzeydən hazırladığı reportajı təqdim edir.

































