ATV telekanalından ayrılaraq ANS-də işə başlayan aparıcı Xoşqədəm Hidayətqızı yeni iş yerindəki ilk fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, yenə də "Səni axtarıram" proqramını təqdim edəcək aparıcı yaradıcı heyət ilə fotosunu İnstaqram hesabında paylaşaraq yazıb:

"Dostlar, mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim "Səni axtarıram"ı seçdisə, onlar da gəldi. Bu gün əsas komandamla Vahid Mustafayevin və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. ANS həqiqətən bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da, elə o məktəbi keçirmişik. Qısası, döyüş alnımıza yazılıb".