Ekspert: "Erməni məsələsi Vatikandan başlayır"
"Erməni məsələsi Vatikandan başlayır. Katolik kilsəsinin əsasən XVI-XVII əsrlər və XVIII əsrin əvvəlində apardığı siyasət çərçivəsində ərazisinin guya Osmanlı Türkiyəsi və Səfəvi Azərbaycanını əhatə etdiyi Ermənistanın yenidən yaradılması planı ortaya qoyulub. O zamanlar Vatikan tərəfindən Azərbaycanın qədim mənbələrinin saxtalaşdırılması üçün konsepsiya uydurulub", - R.Hüseynov qeyd edib.
O vurğulayıb ki, katolik kilsəsi Mxitar adlı şəxsin rəhbərlik etdiyi "mxitaristlər" cəmiyyətinin yaradılmasını dəstəkləyib. Sen-Lazar adasının rəhbərliyi tərəfindən həmin şəxsin ixtiyarına kilsə və çox sayda əlyazmalar verilib, bu əlyazmalar əsasında onlar indiki qondarma "Böyük Ermənistan" konsepsiyasını hazırlayıblar".
"Vatikanın himayəsi altında yalançı sənədlər və yalançı tarix Avropa ölkələrində yayılmağa başlayıb və daha sonra "XIX-XX əsrlərdə erməni nasional-azadlıq hərakatı"nın katalizatorlarından birinə çevriliblər", - tarixçi bildirib. O əlavə edib ki, Vatikan nifaq və qarşıdurmadan başqa heç nəyə nail olmayacaq.
R.Hüseynov xüsusi vurğulayıb ki, bu gün Vatikandan fərqli olaraq, Qərb və onun liderləri erməni tərəfinə qondarma "soyqırımı"nın olmadığını başa salırlar.
O bildirib ki, bu halda Vatikan müsəlman və xristian aləmləri arasında gərginliyi artırmaq məqsədilə Türkiyəni istənilən sərt tədbirlər görməyə təhrik edir.
"Bu kontekstdə heç bir erməni alimi və ya siyasətçisi Türkiyənin gəlib arxivləri araşdırmaq çağırışına cavab verməyib. Bu arxivlərdə olduğum zaman qondarma "erməni soyqırımı" haqqında materialların olmasına dair məsələ ilə maraqlandım. Türk həmkarlarım aydın şəkildə bildirdilər ki, "soyqırımı" faktı dünyanın heç bir arxivindəki heç bir ciddi sənədlə təsdiqlənmir və heç yerdə təsbit olunmayıb", - institutun əməkdaşı qeyd edib.
R.Hüseynov əlavə edib ki, Vatikanın öz tarixində çoxlu qara ləkələr var. Bunlardan orta əsrlərdə inkvizisiyasının fəaliyyətini, xaç yürüşlərini və Latın Amerikasında yerli əhali arasında konkistadorların əli ilə törədilən kütləvi soyqırımı aksiyalarını göstərmək olar.
"Öz tarixində bu qədər qara ləkə olan kilsə heç bir anlayışı olmayan proseslər haqqında necə danışa bilər?! Bundan belə çıxır ki, tez-tez dinlərarası mədəni dialoq, müxtəlif xalqların və müxtəlif din nümayəndələrinin birləşməsi uğrunda mübarizə aparan Roma papasının sözlərində zərrə qədər həqiqət yoxdur. Əslində, o, Türkiyə Cümhuriyyəti və ermənilər arasında münasibətlər də daxil olmaqla vəziyyəti çətinləşdirmək üçün əlindən gələni edir", - tarixçi bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Fənərbaxça" səs-küylü transferi reallaşdırdı
Bu gün
·
08:25
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
08:17
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49