Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına silahlı basqın olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına görə bir qrup silahlı atəş açaraq nazirliyin binasına soxulublar.
Hadisə nəticəsində ən azı bir nəfərin öldüyü, daha beş nəfərin yaralandığı bildirilir. Şahidlərin dediyinə görə, hazırda şəhərdə partlayış və atəş səsləri eşidilir.
Hadisənin arxasında “Əş-Şəbab” qruplaşmasının durduğu ehtimal edilir.