Bakı, 14 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsinin nəşrini davam etdirir. Bu silsilədən növbəti nəşr ingilis dili fənni üzrə test bankı toplusudur.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, digər fənlər üzrə toplular kimi ingilis dili toplusuna da TQDK-nın test bankından 1994-2014-cü illərdə müxtəlif təyinatlı imtahanlarda istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı nömrələrində dərc edilmiş model testlər daxildir. Bundan əlavə, test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış test tapşırıqlarıdır. Bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Vəsaiti www.abiturient.az saytından sifariş vermək və ya TQDK-nın binasından (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m) əldə etmək olar.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~fU7Gc