Ötən ay “E-hökumət” portalı üzərindən göstərilən xidmətlərdən ümumi istifadənin 20,9 faizi ƏƏSMN-in e-xidmətlərinin payına düşüb
Bakı, 14 aprel, AZƏRTAC
Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22 min 725 ədəd istifadə sayı qeydə alınıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, habelə ötən ay nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur. Ümumilikdə ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138 min 80 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən e-xidmətlərdən cəmi istifadə sayının (658 min 481 ədəd) 20,9 faizini təşkil edib.
ƏƏSMN tərəfindən ötən ilin ortalarında istifadəyə verilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmasına xidmət edir. Ən çox istifadə olunan e-xidmətlər sırasında daim birinciliyi ilə seçilən bu xidmətin istifadəyə verilməsi əmək münasibətləri barədə dolğun elektron məlumat bazasının formalaşmasına imkan yaradıb. Bu isə ƏƏSMN tərəfindən hazırda vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən olan “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəsinə verilməsini şərtləndirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10