""Bitib, unutmuşam" desək də, qəlbdə nəsə sızıldayır həmişə"

Müğənni Ayan Babakişiyeva "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

"Məni bəyənməyənlər ola bilər. Mən 100 dollarlıq əskinas deyiləm ki, hamı məni bəyənsin. Şəxsi həyatım yoxdur, çox danışmaq istəmirəm o barədə. Acılar heç vaxt qəlbdən silinmir. Nə qədər "bitib, unutmuşam" desək də, qəlbdə nəsə sızıldayır həmişə. Müəyyən yaşına kimi övladımı üzə çıxarmaq istəmədim. Reklam kimi anlaşılmasını istəmirdim. Övladım doğulanda dedim ki, mənim nə eybəcər qızım var. Amma 2-3 aydan sonra gözəlləşməyə başladı. Heç vaxt istəmərəm ki, qızım müğənni olsun. Çünki müğənnilik çox nankor sənətdir. Bu sənət səni göyə də qaldıra bilər, yerə də çırpa bilər. Bizim də səhvlərimiz olub, ideal deyilik. O səhvlərə görə əzab çəkmişəm, onları düzəltmək üçün illər lazım olub".

Milli.Az