Rusiyanın Orenburq vilayətindəki "Kredo" rəqs məktəbindəki bayramla bağlı qalmaqal davam edir.
Valideynlərin və vilayət təhsil şöbəsinin əməkdaşlarının da dəvət olunduqları bayram zamanı səhnəyə 7, 8, 9 və 10-cu siniflərdə oxuyan qızlar çıxıblar.
Onlar "arı" kostyumlarında idilər.
Milli.Az APN-ə istinadən bildirir ki, ssenariyə görə, bu "arı"lar onların yuvalarına hücum etmiş ayı Vinni-Puxu sancmalı, qovmalı idilər.
Fəqət, "arı"lar səhnəyə çıxanda "tverkinq" adlı erotik rəqsi ifa etməyə başlayıblar.
Qalmaqaldan sonra "Kredo"nun rəhbərliyi qızlara tverkinq yox, klassik rəqslər və xoreoqrafiya öyrədiləcəyini bildirib.
Məktəbin direktoru Tatyana Reznitskaya isə deyib: "Axı burada nə var ki, belə səs-küy qopub? İnternetdə daha açıq-saçıq videolar var. Uşaqlar sadəcə, səhnəyə çıxaraq dəbdə olan rəqsi ifa ediblər".
Orenburq vilayət prokurorluğu isə baş verənləri "sadəcə, rəqs" saymayıb və biabırçı olayla bağlı cinayət işi qaldıraraq istintaqa başlayıb.
Milli.Az