Bakı şəhəri, Nərimanov rayonunda otel yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində qeydə alınıb.

Hadisə nəticəsində otelin sahəsi 30 kv.m olan saunasında baş verib.

Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Hadisə zamanı 10 nəfər təxliyyə olunub.

Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
ANS PRESS