[ 13 Aprel 2015 22:11 ]



Bakı-APA. Rəsmi Vaşinqton Rusiyanın İrana  S-300 zenit-raket sistemləri ilə təchiz etməsinin əleyhinədir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib.

 

“Dövlət katibi Con Kerri ABŞ-ın mövqeyini Rusiya XİN rəhbəri Sergey Lavrova çatdırıb”, deyə C.Ernest bildirib.

 

Bundan əvvəl İsrail rəsmiləri Rusiya prezidenti Vladimir Putinin S-300 zenit-raket sistemlərinin İrana satışına dair qoyulan qadağanı ləğv etməsindən narahat olduqlarını ifadə etmişdilər.