Papa siyasətə qoşuldu (VİDEO)
Türkiyə ilə Vatikan arasında siyasi qalmaqal yaşanır. Roma papası Fransiskin Osmanlı türklərinin Birinci dünya müharibəsində ermənilərə qarşı soyqırım törətdiyini iddia etməsi, ardınca Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etməsinə rəsmi Ankaradan sərt reaksiya gəlib.
Türkiyə-Vatikandakı səfirini geri çağırıb. Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Vatikanın Ankaradakı səfirliyindən izahat tələb edib. Bu iddianın iki ölkə münasibətlərində qarşılıqlı etimadsızlığa yol açacağı və Papanın fikirlərinə mütləq cavab veriləcəyi söylənilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun isə mövqeyi belə olub: “Papanın məhkəmə qərarı ilə tanınan Bosniya və Ruanda soyqırımlarına kütləvi qətl, 1915-ci il hadisələrinə isə “soyqırım” deməsi ziddiyyətli fikirdir və bununla o, ayrı-seçkiliyə yol verib. Papanın işlətdiyi ifadə həm tarixi, həm də hüquqi cəhətdən həqiqəti əks etdirmir. Fransisk sülh, barış mesajı verməkdənsə, tarixi həqiqəti siyasətə alət edib”.
Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır Papaya səslənərək səhvini düzəlməyə çağırıb. O, eyni zamanda Fransiskin Argentina vətəndaşı olduğuna, bu ölkədə erməni lobbisinin güclü, mediaya hakim olmasına diqqət çəkib. Türkiyənin Baş naziri Əhməd Davudoğlu pontifiki yalnış məlumatlandırılmaqda və bəyanat verdiyi tarix haqqında kasad məlumata malik olmaqda, buna görə də Türkiyəyə qarşı qərəzli mövqedə ittiham edib:
“Dini liderlərin vəzifəsi tarixi diskusiyalar üzərində münaqişə və nifaq mühiti yaratmaqdan ibarət deyil, əksinə insanları birliyə, sülhə və birgə yaşayışa dəvət etməkdir. Roma papası noyabr ayında Türkiyəyə gələndə, onun ismarıcları bu məqsədi güdürdü”.
Davudoğlu siyasi liderlərin Roma papasının bu bəyanatından sui-istifadə edə biləcəyini istisna etməyib. Məsələ bundadır ki, bu il dünya liderləri seçim qarşısındadır. Ermənistan 24 apreldə qondarma soyqırım, Türkiyə isə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.
Soyqırım iddiaları hər iki ölkədə həssaslıqla izlənilməkdədir. Ötən il isə Papa Türkiyəyə rəsmi səfər etmişdi. Həmin səfərdə özünü türklərə sülh carçısı, dost kimi göstərən Papanın qəfl belə bir iddia irəli sürməsi türkiyəlilərdə təəssüf doğurub.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56