[ 13 Aprel 2015 21:18 ]


Bakı – APA. Xakasiyada quru otların yanması nəticəsində böyüyən və yayılan yanğınlar nəticəsində ölənlərin sayı 23-ə çatıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsi bildirib.

 

“Hazırda istintaq qrupu yanğın baş verən ərazilərdə baxış keçirir, şahid və zərərçəkənlərlə  görüşür. Yanğınlar nəticəsində 23 nəfərin öldüyü təsdiq olunub. Yanğın faktları ilə bağlı açılan cinayət işləri birləşdirilərək araşdırmalar üçün  Rusiya İstintaq Komitəsi Baş istintaq İdarəsinə veriləcək”, açıqlamada qeyd olunub.