Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
"Report" Heydər Əliyev Beynəlxalq Aeroportunda prezident Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar.