"Report"un verdiyi xəbərə görə, Bankın 5 saylı filialında ("Xətai" metro stansiyası yaxınlığında) dollar sifariş etmədikləri üçün kassada nağd dollar olmadığını bildirirlər. Bununla əlaqədar, pul köçürməsi almaq üçün Banka müraciət edən müştərilərə göndərilən məbləği ancaq manatla ödəyə biləcəklərini bildiriblər. Bu isə müştərinin məzənnə fərqində müəyyən məbləğin itirilməsinə səbəb olur.
Məsələ ilə bağlı baş ofisdən bildirilib ki, filaillarda belə bir problem yoxdur və hazırda bütün filllardan nağd dollar kütləsi mövcuddur.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə olan məlumata əsasən, "Nikoil Bank" ASC 21 filialla fəaliyyət göstərir.