British Council növbəti “Gələcəyə təşəbbüs” yazı müsabiqəsinə start verib
Bakı, 13 aprel, AZƏRTAC
British Council Azərbaycan PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində “Gələcəyə təşəbbüs” yazi müsabiqəsi-2015 layihəsinə start verib.
British Council-dan AZƏRTAC-a bildiriblər ki, artıq 4-cü ildir ki, həyata keçirilən bu layihənin əsas məqsədi tələbələrin analitik yazı yazma qabiliyyətlərini inkişaf etdirmək və təhsillərinə vacib təcrübə töhfəsi verməkdir. Hər il müsabiqənin qalibləri Birləşmiş Krallığın aparıcı universitetlərindən birində biznes üzrə yay kurslarında iştirak etmək imkanını qazanırlar.
Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir və təşkilat Birləşmiş Krallıqda təhsil alan məzunların layihəyə cəlb edilməsində böyük rol oynayır.
Aprel ayından etibarən British Council Azərbaycan PAŞA Bank ilə birlikdə Bakıda olan 8 ali təhsil müəssisəsində layihə üzrə təqdimatlara başlayıb. Təqdimatların keçirildiyi universitetlər sırasında “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Sumqayıt Dövlət Universiteti var. Təqdimatlardan sonra AUKAA təşkilatının üzvləri tərəfindən hər universitetdən 20 nəfərədək seçilmiş iştirakçılara inşa yazma qabiliyyəti, istinad və plagiatliq mövzuları üzrə təlim keçiriləcək. Təlimdə iştirak edən tələbələr mayın 5-dən gec olmayaraq təqdim olunan mövzulardan birini seçməklə inşa yazıb göndərməlidirlər. Mövzular iqtisadiyyat, maliyyə və biznesin idarə olunması sahələri ilə bağlıdır. İnşaların yazılması və təqdim olunması onlayn şəkildə aparılacaq.
May ayı ərzində göndərilən inşalar British Council Azərbaycan və PAŞA Bankın nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq və uğur qazanan namizədlər Birləşmiş Krallığın aparıcı universitetlərində təşkil olunan yay kurslarına qatılmaq imkanı əldə edəcək.
British Council Azərbaycan təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt layihənin yeni ilinin başlanması ilə bağlı bildirib: “Bu müsabiqə fəal və gənc azərbaycanlı tələbələr üçün özlərini sübut etmək, bacarıqlarını nümayiş etdirmək, Birləşmiş Krallıqda yay kursu keçmək və gələcək təhsillərinə töhfə vermək üçün gözəl imkandır. Böyük səbirsizliklə azərbaycanlı tələbələrin maraqlı və düşündürücü inşalarını oxumağı gözləyirik”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51