Qazax, 13 aprel, AZƏRTAC
İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Qazax rayonunda ağac əkini kampaniyası yekunlaşıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində mart-aprel aylarında Bakı-Sınıq Körpü magistral avtomobil yolunun və rayonun yaşayış məntəqələrinin ərazisində 16 min ədəd Eldar şamı, sərv və müxtəlif növ meyvə ağacları əkilib.