APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərindəki kafelərin birinin yaxınlığında baş verib.Rusiyada 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb
Güllə yarası alan həmyerlimiz xəstəxanaya yerləşdirilib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, o, travmatik silahdan açılan atəş nəticəsində bud və döş nahiyəsindən yaralanıb.
Həmyerlimiz səhər saat 04.00 radələrində naməlum şəxslə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, atəş açan şəxs “VAZ-2114” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az