Danışıq fırıldağına aydınlıq gəldi
Bu sözləri ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Elbrus Məmmədov deyir. Gənc oğlan söyləyir ki, telefona hər gün kontur yükləyir, amma heç bir neçə dəqiqə danışmamış hamısı balansdan çıxılır.
Mobil xidmətlərdən gileylənən Elbrus artıq alternativ variantlardan istifadə etdiyini deyir: "Zəng etmək heç cür sərf etmir. Sözüm də ağzımda qalır. Ən asan yol whatsapp, facebook messenger kimi proqramlardan istifadə etməkdir. Həm sərfəlidir, həm də nöqsanlarla, texniki problemlərlə qarşılaşmırsan".
İKT sahəsində ixtisaslaşmış mütəxəssislər isə vəziyyətdən çıxış yolunu xidmət keyfiyyətini artırmaqda görürlər. İnformasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə açıqlamasında bildirir ki, ölkədə şəbəkə keyfiyyətini yüksəltmək üçün baza stansiyalarının sayını artırmaq lazımdır.
Mütəxəssis hesab edir ki, xüsusilə əhalinin sıx məskunlaşdığı yerlərdə yeni baza stansiyaları quraşdırılmalıdır: "Çünki insanların yeni-yeni sıxlaşdığı yerlərdə zənglər və trafik artır. Məhz bu səbəbdən həmin ərazilərdə yeni stansiyaların quraşdırılmasına ehtiyac yaranır. Sözügedən ərazilərdə mobil operatorların şəbəkə keyfiyyəti aşağı olur. Bu problemin həlli yalnız bu yolla mümkündür".
Mütəxəssis mobil danışıq tariflərinin yüksək olmasına da münasibət bildirib. C.İsmayıloğlu qeyd edir ki, mobil operatorların təklif etdiyi tariflər yalnız rəqabət mühiti yaranacağı təqdirdə ucuzlaşa bilər: "Bazara nə qədər yeni operator daxil olarsa, bir o qədər rəqabət mühiti qızışacaq, qiymətlər aşağı düşəcək. Əvvəllər ölkədə yalnız bir operator var idi. O zaman qiymətlər də kəllə-çarxa çıxmışdı. Sonradan digər mobil operatorlar bazara girməsilə tariflər aşağı düşməyə başladı. Bu proses davam etməlidir".
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov ANS PRESS-ə açıqlamasında mobil danışıqla bağlı nöqsanlara münasibət bildirib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda məsələ ilə bağlı nazirlik tərəfindən monitorinqlər aparılır.
"Əgər belə hallar aşkarlanarsa müvafiq tətbirlər görüləcək. Nöqsanların qarşısını ala bilmək üçün inzibati tədbirlər və cərimələr tətbiq edilir. Bizə daxil olan şikayətlər araşdırılır və abonentin şikayəti əsaslı olursa, o zaman mobil operator müştərisindən üzr istəyir, hətta kompensasiya da tətbiq edilir", - deyə M.Əmirov vurğulayıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10