Polşanın ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə S.Seyidov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Azərbaycan-Polşa əlaqələrindən danışan rektor iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığı xüsusi qeyd edib.
S.Seyidov universitet barədə qonağa məlumat verib, bu ali məktəbdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların açıldığını vurğulayıb. ADU-da polyak dilinin tədris olunduğu, tələbələrin bu dilə xüsusi maraq göstərdikləri diqqətə çatdırılıb.
Səfir M.Tsalka səmimi görüşə görə təşəkkürünü bildirib, ADU ilə tanışlıqdan məmnunluğunu ifadə edib. Diplomat bu ali təhsil ocağında polyak dilinin tədrisini yüksək qiymətləndirib, Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün bir çox imkanların yaradılmasının mümkünlüyündən söz açıb. M.Tsalka ADU-da polyak dili kurslarınıın açılmasının məqsədəuyğunluğunu qeyd edib. Bu kursların köməyi ilə tələbələrin Polşanın dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında daha çox məlumat əldə edəcəkləri vurğulanıb.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04