"Əsas odur ki, geyim insana yaraşsın. Onun dəbdə olub-olmadığı önəmli deyil. Məsələn, boz rəng mənə yaraşmır. Məcbur deyil ki, bu il dəbdir deyə boz rəngdə geyinim. Özümə yaraşanı və qüsurlarımı yaxşı bilirəm. Kənardan deyilən sözlərə önəm vermirəm. Çünki dəfələrlə əla göründüyümü deyiblər, amma görünüşüm özümü qane etməyib. Bilirsiniz, heç kim kənardan demir ki, bu, sənə yaraşmır. İnsan gərək özünü yaxşı tanısın, özünə tənqidi yanaşmağı bacarsın. Efir gözəlliyi sevir. Məsələn, həyat yoldaşım əvvəl çox kök idi, ona paltar seçəndə çətinlik çəkirdim. Amma indi elə deyil".
Qeyd edək ki, İradə İbrahimova Türkiyə vətəndaşı olan azərbaycanlı ilə ailəlidir, bir qız övladı var.
İntiqam Valehoğlu
Milli.Az