Filmin baş prodüserləri Fərid Xanbudaqov və Rza Canıyev filmdən əldə olunan gəlirin bir qismini ehtiyacı olan insanlara yönəldəcəklər.
Fon Media-nın rəhbərliyi filmə heç bir sponsor qəbul etməyib və şəxsi hesabına çəkdirir. Filmin quruluşçu rejissoru Elmir Süleymanov, rejissoru Oqtay Ağamalıyev, quruluscu operatoru Soltan Abdullayev, piar direktoru Vüqar Azəroğlu, prodüseri Xəyyam Lətifov, ideya və ssenari müəllifi Səbuhi Bayramovdur. Filmdə Səbuhi Bayramov, Tərlan Nur-Yaşar, Hacı İsmayılov, İlkin Misgərli, Elcan Rəsulov, Əli Mirəliyev, Növrəstə Həşimova, Elşən Hacıbabayev, Nadir Əbdülrəhimbəyov, Ceyhun Məmmədov, Arzu Hüseynov, Cavanşir Məhərrəmov, Elxan İsmayılov, bizim Polad Alemdar - Tural və başqaları çəkiliblər.





