[ 13 Aprel 2015 11:37 ]
Bakı – APA. Xakasiyada quru otların yanması nəticəsində böyüyən və yayılan yanğınlar 5 minə yaxın insanı evsiz qoyub.
APA-nın “RİA Novosti”yə bunu Rusiya Federasiyası Xakasiya Respublikasının hökumətindən bildiriblər.
Bazar günü saniyədə 30 metr sürətlə əsən güclü külək nəticəsində yanğın 20-dən çox yaşayış məntəqəsini əhatə edib. 1,3 min ev ya tamam yanıb, ya da ciddi zərər görüb.
Qeyd edək ki, yanğınlar 15 insanın həyatına son qoyub.