Hillari Klinton ABŞ prezidentliyə namizədliyini təsdiqləyib
Bakı, 13 aprel, AZƏRTAC
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını sosial mediada yaydığı video ilə təsdiqləyib.
“Facebook” və “Youtube” sosial şəbəkələrindən yayılan videoda H.Klinton prezidentliyə hazırlaşdığını söyləyir. Kampaniya təqdimatı olan videoda sadə amerikalılar qarşıdakı dövrdə nəyə hazırlaşdıqlarını bildirirlər. Kimisi uşağının məktəb hazırlığından, kimisi bağçasındakı bahar hazırlığından, kimisə də işini böyütmək arzularından bəhs edir. Videonun sonunda görünən H.Klinton isə, "mən də prezident sekçilərinə hazırlaşıram" deyir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da keçmiş dövlət katibinə dəstək verib. O açıqlamasında H.Klintonun ölkəni irəliyə aparacaq bir məqsədə sahib olduğunu söyləyib.
H.Klintonun məsləhətçilərinə görə, 2016-cı ilin seçkiləri üçün aparılacaq kampaniya iqtisadi bərabərsizliklər və ABŞ-ın ilk qadın prezidenti mövzusunda qurulacaq.
İctimaiyyət arasında aparılan sorğular H.Klintonun Demokrat Partiyasının namizədlərinə qarşı böyük üstünlüyə sahib olduğunu göstərir və qarşısına çox az sayda rəqibin çıxacağı gözlənilir.
“Reuters-Ipos” tərəfindən aparılan anketdə isə demokratların H.Klintona dəstəyi 60 faiz ətrafındadır. Ona rəqib ola biləcək ən böyük namizəd isə senator Elizabeth Warrendir. Partiya üzvlərinin 18 faizi onu dəstəkləyir. Ancaq bir müddət öncə E.Warren prezidentliyə namizəd olmayacağını açıqlayıb. Digər rəqiblər isə daha az səs toplayıblar.
Respublikaçılar Partiyasının isə indidən iki namizədi var. Senatorlar Ted Kruz və Rand Paul namizədliklərini rəsmən irəli sürüblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10