Günlərin birində biznesmen alimin yanına gəlib şikayətlənir:
 
- Axı niyə belə olmalıdı? Sidq ürəkdən Allaha iman gətirmişəm, heç kimi aldatmıram, oğurluq etmirəm, halal-harama riayət edirəm. Amma... Arvadım bizi atıb getdi atasıgilə, biznes işlərim alınmır, avtomobili əzmişəm, qızımın təhsildə problemləri var, oğlum iş tapa bilmir və s. və i.a. Neyləyim?
 
- Allaha şükür et, oğlum... Bir də qapından lövhə as: “Bu, əbədi davam etməyəcək”. Hamı ilə halallaş, heç kimə qarşı kin saxlama.
 
- Vəssalam?
 
- Vəssalam.
 
Bir müddət sonra biznesmen yenə alimi ziyarət edir. Bu dəfə sevinclə deyir:
 
- Hər şey əladır! Arvad evə qayıtdı, yeni avtomobil aldım, biznesim inkişaf edir, qızım təhsilini başa vurdu, oğlum böyük şirkətdə işə düzəldi... Allaha şükür!
 
- Mən çox sevindim, oğlum. Şükür Allaha! Amma qapıdakı lövhəni çıxarma...