Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Türkiyə özünün Vatikandakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb. "Röyter" agentliyi bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.
 
Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN Vatikanın bu ölkədəki səfiri Antonio Lucibellonu nazirliyə çağırmış, ondan Roma papasının qondarma "erməni söyqırımı" barədə dediyi fikirlərinə görə izahat tələb etmişdi.
 
Milli.Az