Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti sabiq dövlət katibinin prezidentliyə namizədliyindən söz açıb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun 2016-ci ildə keçiriləcək prezident seçkisində iştirakı məsələsinə toxunub.

“Mən düşdünürəm ki, o, əla prezident olacaq”, – deyə B.Obama Panamadakı mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2008-ci ildə də prezidentlik iddiasında olan H.Klinton, ABŞ Demokrat Partiyasının daxilində keçirilən səsvermə nəticəsində Barak Obamaya məğlub olmuşdu.
Mənbə
ANS PRESS