Mərakeşdə faciəli qəza baş verib.

ANS PRESS-in məlumatına görə, ölkənin Tan-Tan şəhərində idmançıları aparan avtobus qarşıdan gələn yük maşını ilə toqquşub.

Qəza nəticəsində avtobus yanıb və 33 idmançı dünyasını dəyişib. Hadisədə ağır yaralanan 8 nəfər xəstəxanaya aparılıb.

Yerli mətbatın yaydığı xəbərə görə, idmançılar və hakimlər beynəlxalq turnirdən qayıdanda qəzaya uğrayıblar.

Qəzanın dəqiq səbəbi araşdırılır. Faktla bağlı cinayət işi aaçılıb.
Mənbə
ANS PRESS